AZ

ABŞ İrandan zənginləşdirilmiş uranı gizlətməməyi tələb etdi

ABŞ İranla münaqişənin dayandırılması üzrə təklif mübadiləsi zamanı Tehranın qarşısına yeni şərt qoyub.

Musavat.com xəbər verir ki, bu barədə “Axios” nəşrinin müxbiri Barak Ravid məlumat yayıb.

Məlumata görə, Vaşinqton İrandan bombardman edilmiş nüvə obyektlərindəki zənginləşdirilmiş uranı çıxarmamağı və başqa yerə daşımamağı tələb edib.

Nəşrin yazdığına əsasən, ABŞ tərəfi İranın həmin materialları gizlətməyə və ya dağıdılmış obyektlərdən çıxarmağa cəhd etməməsinə dair öhdəlik götürməsini istəyir.

Bu tələb tərəflər arasında münaqişənin dayandırılması ilə bağlı aparılan təmaslar fonunda gündəmə gəlib. 

 

Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr