AZ

Xarici diplomatlar Şuşada yallı getdi-VİDEOVİDEO

 Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağda səfərdədirlər.

Musavat.com xəbər verir ki, nümayəndə heyəti səfər çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə tanış olublar.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.
Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşada yallı gediblər. Axşam ziyafəti zamanı çəkilən kadrları təqdim ediriik.

Seçilən
15
1
yenilik.az

2Mənbələr