AZ

“Monolog, Dialog and the Camerata Students Orchestra” adlı konsert proqramı baş tutub FOTO

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə musiqi" layihəsi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin İnstrumental ifaçılıq kafedrasının simli alətlər ixtisası üzrə tələbələrinin "Monolog, Dialog and the Camerata Students Orchestra" adlı konsert proqramı baş tutub.Konsert proqramında solistlər- Rəna Sadıxova, Aynur Əhədova, Nərgiz Səfərli, Leyla Məmmədli, Cəmilə Hüseynzadə, Yəhya Rzayev, Ağa Babazadə çıxış ediblər. 

Konsertmeysteri  Leyla Parlanova olan axşamın orkestrında  Leyla İsgəndərova, Türkan Mustafayeva, Sevda Abbasova, Vüsal Əliyev, Musa Musayev, Mehman Mirzəyev, Büsat Yusifzadə və Ülvi Tahirov yer alıblar.Fuad Nəsibov və Səbinə Quliyevanın bədii rəhbərliyi ilə hazırlanan proqramda gənc ifaçılar Azərbaycan və dünya bəstəkarlarının klassik və müasir əsərləri səsləndiriblər.

Konsert dinləyicilər tərəfindən maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
news.milli.az

1Mənbələr