AZ

“Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti birmənalı qiymətləndirilmir” DEPUTAT

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Ermənistan hakimiyyəti ehtiyatlı davranmalıdır. Ayrılacaq vəsaitlərin həcmi hələ dəqiq məlum deyil və bu proses müxtəlif adlar altında təqdim olunur.

Kiber hücumlar və müdaxilələrlə bağlı üçüncü ölkələrin iştirakı istisna edilmir. Bu məsələdə Rusiyanın dolayısı ilə seçkiöncəsi müdaxilələrin qarşısını almaq niyyətinə eyham vurduğu görünür”.

Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

“Lakin proseslərin arxa planında fərqli qüvvələrin rolu da istisna deyil. Məsələn, Rusiyada fəaliyyət göstərən müəyyən dairələrlə Luis Moreno Okamponun əlaqələrinin olduğu iddiaları səsləndirilir. Bu əlaqələrin Avropa İttifaqının Ermənistandakı missiyası ilə bağlı məsələlərə təsir edə biləcəyi ehtimal olunur.

Müxtəlif beynəlxalq qurumlarda müşahidə olunan yanaşmalar da bu fikirləri gücləndirir. Avropa Parlamentində və AŞPA-da Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bəzi siyasətçilərin həm erməni lobbi qrupları, həm də digər maraqlı dairələrlə əlaqələrinin olduğu qeyd edilir.

Josep Borrelin fəaliyyəti də bu kontekstdə müzakirə olunur. O, əvvəllər İspaniyada xarici işlər naziri olub, daha sonra Avropa strukturlarında yüksək vəzifələr tutub. Sosialist və demokrat yönümlü siyasi dairələrlə əlaqələri məlumdur. Bu siyasi şəbəkələrin bir qolunun ABŞ-dakı demokrat dairələrə, digər qolunun isə Rusiyadakı erməni mənşəli iş adamlarına qədər uzandığı iddia edilir.

Eyni zamanda, bəzi iş adamlarının və dini dairələrin bu proseslərdə rol oynadığı ilə bağlı fikirlər də səsləndirilir. Bu səbəbdən Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti birmənalı qiymətləndirilmir. Orada müxtəlif maraqlı qüvvələrin təsiri olduğu ehtimal edilir.

Korrupsiya iddiaları və açıqlanan qalmaqallar da bu məsələlərə kölgə salır. Bu hadisələrə baxmayaraq, bir çox hallarda ciddi tədbirlərin görülməməsi diqqət çəkir. Bu isə Ermənistanın demokratik inkişafı və insan hüquqları sahəsində real irəliləyişlərin əldə olunacağına dair şübhələr yaradır”,-deyə deputat əlavə edib.

Şəbnəm 

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
icma.az

1Mənbələr