AZ

Premyer Liqa yolunda olan klubdan daha bir transfer xəbəri çıxdı

Premyer Liqaya qayıdacağı böyük ölçüdə dəqiqləşən "Şəfa" elitanın hazırlıqlarına start verib.

Bakılıların yenidən quracağı heyətdə Tərlan Əhmədli da olacaq.

"Araz-Naxçıvan"ın qapıçısı ilə ilkin danışıqlar olub.

31 yaşlı futbolçu da təklifə isti yanaşıb.

Əhmədli 2024-cü ildən Muxtar respublika təmsilçisində çıxış edir.

Yayda burada müqaviləsi başa çatacaq oyunçu daha əvvəl "Sumqayıt", "Qəbələ", "Sabah" və "Turan Tovuz"da çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
19
sportinfo.az

1Mənbələr