Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci Zirvə Görüşü və Ermənistan-Aİ Zirvə Görüşü ərəfəsində təxminən 30-a yaxın QHT Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə və Avropa Şurasının prezidenti Antonio Koştaya açıq məktub ünvanlayıb. Musavat.com-un erməni mediasına istinadla verdiyi xəbərə görə, məktubda QHT-lər Bakıdakı erməni məhbusların azad edilməsinə dəstək verməyə çağırıb.
Müraciətdə deyilir ki, "Avropa Parlamentinin 12 mart 2025-ci il tarixində qəbul etdiyi qətnamə də daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların onların dərhal və qeyd-şərtsiz azad edilməsi tələbinə baxmayaraq , Azərbaycan 19 erməni məhkumu saxlamağa davam edir. Buna görə də, sizə və bütün Avropa ölkələrinin liderlərinə müraciət edərək, həbsdə olan erməni məhbusların mümkün qədər tez azad edilməsini və ailələrinə qovuşmasını təmin etmək üçün tədbirlər görməyə çağırırıq".
Mətləb