AZ

​Ederson “Fənərbaxça”dan 22 milyon avro tələb edir

“Fənərbaxça”nın braziliyalı qapıçısı Ederson Moraeslə rəhbərlik arasında ciddi ciddi fikir ayrılığı yaşanıb. Metbuat.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xarici KİV təcrübəli qolkiperin müqaviləsinin vaxtından əvvəl ləğvi üçün iki illik maaşını - ümumilikdə 22 milyon avronun birdəfəlik ödənilməsini tələb etdiyini yazıb. Edersonun bu addımının tərəflər arasında ciddi gərginlik yaratdığı vurğulanıb. 32 yaşlı qapıçının gələcəyi ilə bağlı müxtəlif iddialar mövcuddur. Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Hilal” futbolçuya yüksək maliyyə şərtləri ilə təklif irəli sürdüyü bildirilir.

Qeyd edək ki, Ederson ötən ilin yayında 11 milyon avro qarşılığında “Mançester Siti” klubundan heyətə cəlb edilib.

Seçilən
27
metbuat.az

1Mənbələr