AZ

İrana qarşı müharibə ABŞ yə 50 milyarda başa gəlib Pentaqon ən azı 24 “MQ 9 Reaper” itirib

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-nin İrana qarşı başlatdığı hərbi kampaniya rəsmi açıqlamalardan qat-qat baha başa gəlir. "CBS News" telekanalının Pentaqonun daxili qiymətləndirmələrinə bələd olan mənbələrə istinadən yaydığı məlumat şok effekti yaradıb: Müharibənin real xərcləri Pentaqonun etiraf etdiyindən iki dəfə çoxdur.

Bir müddət əvvəl ABŞ Müharibə Nazirliyinin maliyyə direktoru Culs Herst bəyan etmişdi ki, fevralın 28-də başlayan "Epik Qəzəb" əməliyyatı təxminən 25 milyard dollara başa gəlib. Lakin "CBS News"un mənbələri iddia edir ki, real rəqəm 50 milyard dollara yaxındır.

Rəsmi statistika sırasına bir çox kritik xərclər daxil edilməyib:

- Sıradan çıxmış və məhv edilmiş hərbi texnikaların dəyəri;

- ABŞ-nin bölgədəki hərbi obyektlərinə dəymiş zərər;

- Sürətlə tükənən sursat ehtiyatlarının bərpası.

Müharibənin ən bahalı hissələrindən biri PUA itkiləridir. Məlumata görə, ABŞ ordusu İrana qarşı əməliyyatlarda ən azı 24 ədəd "MQ-9 Reaper" kəşfiyyat-zərbə dronunu itirib. Hər birinin qiyməti minimum 30 milyon dollar olan bu dronların ümumi itki dəyəri 720 milyon dollardan çoxdur. Bundan əlavə, qoşunların daşınması, yanacaq tədarükü və yeni hərbi infrastrukturun qurulması xərcləri büdcəni sürətlə boşaldır.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) baş müşaviri Mark Kançian bildirir ki, boşalmış arsenalların bərpası üçün "bir neçə il" vaxt lazımdır. Maraqlıdır ki, hətta müharibədən əvvəlki silah səviyyəsi belə ABŞ üçün yetərli hesab olunmurdu. İndi isə həm Pentaqon, həm də Daxili Təhlükəsizlik Nazirliyi bu ağır maliyyə yükünü bölüşmək məcburiyyətindədir.

Müharibə təkcə hərbi büdcəni deyil, sıravi amerikalıların cibini də vurur. Senatda keçirilən dinləmələrdə konqresmen Ro Hanna Pentaqon rəhbəri Pit Heqsetdən müharibənin benzin və ərzaq qiymətlərinə təsirini soruşsa da, nazir konkret rəqəm verməkdən yayınıb. Heqset suala ritorik cavab verməklə kifayətlənib: "İranın nüvə silahına sahib olacağı təqdirdə ödəniləcək qiyməti düşünün".

Ekspertlər hesab edirlər ki, hərbi xərclərin bu sürətlə artması ABŞ-də daxili narazılığı artıra və Vaşinqtonun Yaxın Şərq strategiyasını yenidən nəzərdən keçirməsinə səbəb ola bilər.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
azpolitika.info

1Mənbələr