AZ

Təyyarə qəzaya uğrdı Sağ qalan yoxdur

ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Bu gün gecə saatlarında Ostin (Texas ştatı, ABŞ) yaxınlığında kiçik "Cessna 421C" təyyarəsinin qəzaya uğraması nəticəsində beş nəfər ölüb.

Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə mayın 1-də yerli hakimiyyət orqanları bildirib.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının və Federal Mülki Aviasiya İdarəsinin məlumatına görə, qəzanın başvermə səbəbi araşdırılır.

Fövqəladə hallar xidmətləri hadisə yerinə gediblər. İlkin məlumatlara görə, təyyarə yüksək sürətlə hərəkət edib.

Həmçinin qeyd edilib ki, təxminən eyni vaxtda həmin ərazidə olan ikinci təyyarə Nyu-Braunfelsdə təhlükəsiz şəkildə eniş edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
4
moderator.az

5Mənbələr