AZ

Prezidentin köməkçisi: BQXK-nın itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı işini qənaətbəxş hesab etmirik

“Təbii ki, biz keçmişin acı, qanlı xatirələrini heç vaxt unuda bilmərik. Cənab Prezident də öz çıxışlarında dəfələrlə qeyd edib ki, biz işğal dövrünü heç vaxt unutmayacağıq”.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, işğal dövrünün acı nəticələrindən biri də məhz itkin düşmüş şəxslər məsələsidir: “Belə ki, bu günə qədər 4000-ə yaxın vətəndaşımızın taleyi barəsində hələ də heç bir məlumat yoxdur. Onların əksəriyyətini məhz mülki şəxslər təşkil edir. Təəssüflər olsun ki, 30 il ərzində Azərbaycan Respublikasının ərazisində, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərməsi üçün əlavə imkanlar yaradılmış və mandatının da əsasını məhz humanitar məsələlər təşkil etmiş Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən çoxsaylı məlumatlar toplanılsa da, onlar işlərini axıra qədər başa çatdırmamışlar, onların üzərinə düşən mandat sona qədər yerinə yetirilməyib. Bu məsələ bu günə qədər açıq qalmaqda davam edir”.
Seçilən
0
10
aznews.az

10Mənbələr