AZ

“Azəraqrar”da qalmaqallı təyinat: Haqqında cinayət işi açılan şəxs vəzifəyə gətirilib...

Çərkəz Şirinovun rəis müavini təyin edilməsi Məcnun Məmmədovdan gizlin olub...

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”ndə rəhbərlik dəyişikliyindən sonra qurum ətrafında qalmaqallar səngimir.

Poliqon xəbər verir ki, bizimesr.com-un əldə etdiyi məumata görə vaxtı ilə korrupsiyaya görə işdən çıxarılan və haqqında rəsmi cinayət işi açılan Çərkəz Şirinov “Azəraqrar”ın Qarabağ regional İdarəsinin rəis müavini təyin edilib.

Məlumatda qeyd edilir ki, Çərkəz Şirinovun təyinatı nazir Məcnun Məmmədovdan gizlin həyata keçirilib və gizlədilib.

Hazırda “Azəraqrar”da kadr təyinatlarına direktor Hikmət Hüseynovun müavinləri Həsən Abdullayevlə və Fəxrəddin Qəhrəmanov nəzarət edir.

Bildirilir ki, Həsən Abdullayev Prezident Administrasiyasında çalışan qohumu vasitəsilə, Fəxrəddin Qəhrəmanov isə nazir Məcnun Məmmədovun hərbi xidmətdə komandiri olduqlarını tez-tez xatırlatmaqla direktor Hikmət Hüseynovu təsirləri altında saxlayırlar.

Məlumata görə Çərkəz Şirinovun rəis müavini təyin edilməsi müavin Həsən Abdullayevin “səyləri” nəticəsində baş verib.

Poliqon.info

Seçilən
13
1
poliqon.info

2Mənbələr