AZ

Masazırda kanalizasiya problemi: Çirkab su küçəyə axıdılır - VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsində xoşagəlməz vəziyyət qeydə alınıb.

Bu barədə sakinlərdən biri Ekologiya.az-a müraciət edərək məlumat verib. Hadisə mayın 1-də səhər saatlarında Əliağa Vahid küçəsində baş verib.

Kadrlardan göründüyü kimi, kanalizasiya xəttində baş verən nasazlıq nəticəsində sızma yaranıb və çirkab sular yolun hərəkət hissəsinə axıb. Bu vəziyyət ərazidə həm hərəkətə maneə yaradıb, həm də pis qoxu səbəbindən sakinlər və yoldan keçənlər üçün narahatlıq doğurub.

Şikayətçinin sözlərinə görə, oxşar problem uzun müddətdir davam edir. Ərazidə yaranan vəziyyət xüsusilə yağışlı və isti havalarda daha da kəskin xarakter alır.

Məsələ ilə bağlı aidiyyəti qurumların problemi aradan qaldırması gözlənilir.


Seçilən
15
1
ekologiya.az

2Mənbələr