ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Televiziya ekranlarının sevilən verilişlərinin məşhur amerikalı aparıcısı Sara Qor izləyicilərini həm təəccübləndirib, həm də kədərləndirərək sinə xərçənginə tutulduğunu canlı yayım zamanı açıqlayıb.Demokrat.az xəbər verir ki, ABŞ-ın NBC kanalının aparıcısı Sara Qor “Open House” və “New York Live” proqramlarındakı aparıcılıq vəzifələrindən bir müddətlik ayrılacağını, ona sinə xərçəngi diaqnozu qoyulduğunu və müalicə prosesinə başlayacağını bildirib.49 yaşlı Qor dünən yayımlanan “New York Live” proqramında belə deyib: "Bunu sizə özüm deməliydim, bunun doğru olduğunu hiss etdim. Bir müddət əvvəl mənə sinə xərçəngi diaqnozu qoyuldu və müalicə ilə əməliyyat üçün işimdən müvəqqəti ayrılacağam".Aparıcı anası və bacısına da eyni xəstəliyin diaqnozu qoyulduğunu xatırladaraq bir gün oxşar diaqnozla qarşılaşacağını gözlədiyini bildirib. Lakin həmin günə tam hazır olmadığını vurğulayıb. Sara Qor izləyicilərin qarşısında “Bir az qorxmadığımı desəm, yalan olar” deyərək hisslərini bölüşüb."Yüksək risk qrupunda olduğumu bilirdim. Bu günün gələcəyini təxmin edirdim. Amma deyim ki, insan heç vaxt tam hazır olmur, deyə o əlavə edib.O, xəbər qarşısında hazırlıqsız yaxalandığını və bunun ona emosional baxımdan ağır təsir etdiyini də etiraf edib: “Heç vaxt tam hazır olmursan, çünki hər şeyi düzgün etsən belə, bu, yenə də böyük bir zərbədir. Bu məni həqiqətən təəccübləndirdi və incitdi. Bilirəm ki, bir müddət ağrı verəcək. Hazırda da ağrıyıram. Bununla yanaşı, özümü şanslı hesab edirəm. Düzgün həkimlərin yanında olduğumu və evdə mənə dəstək olan insanların varlığını bilirəm".Aparıcı iş kollektivinə təşəkkür edərək özünü “sevilən və dəstəklənən” hiss etdiyini bildirib və bütün çətinliklərə baxmayaraq ümidini itirmədiyini qeyd edib: “Bəlkə də bunun içində bir hədiyyə var".Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.