AZ

Neftçalada məktəblilər arasında minifutbol turnirinə start verilib

Rayon icra hakimiyyətinin təşəbbüsü, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə Gənclər və İdman sektoru və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə şəhər və qəsəbə ümumtəhsil məktəbləri arasında minifutbol üzrə rayon turnirinin açılış mərasimi keçirilib.

Olimpiya İdman Kompleksində  keçirilən tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilib.

Açılış mərasimində  icra hakimiyyətinin məsul əməkdaşı Əliheydər Qarayev, gənclər və idman sektorunun müdiri Araz Əhmədov, UGİŞM-nin direktoru Aqşin Hüseynli, eləcə də aidiyyəti qurumların əməkdaşları, hakimlər və məktəb komandaları iştirak ediblər. Çıxışçılar  ölkəmizdə  idmana göstərilən dövlət qayğısından, gənclərin sağlam həyat tərzinə cəlb olunmasının əhəmiyyətindən danışıblar. Qeyd olunub  ki, bu cür turnirlər məktəblilər arasında idmana marağın artmasına, komanda ruhunun güclənməsinə və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir.

Seyran CAVADOV,

 “Azərbaycan”

Seçilən
29
azerbaijan-news.az

1Mənbələr