AZ

Elvin Dəmirli işdən çıxarıldı

Bu gün Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov rəsmən vəzifəsindən azad edilib.

Mia.az-ın əldə etdiyi məlumata görə, mayın 1-də məzuniyyət müddəti bitən nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov barədə əmr artıq rəsmiləşib: “O, artıq KTN-nin mətbuat katibi deyil”.

Məlumata görə, o, Həmkarlar İttifaqı Konfederasiyasında eyni adlı vəzifəyə gətirilib.

Editor.az xəbər verir ki, bu vəzifədə indiyədək Elvin Dəmirli çalışırdı. O media və kommunikasiya şöbəsinin müdiri vəzifəsinə 9 ay öncə təyin edilib.

Vüqar Hüseynovun təyinatı ilə Elvin Dəmirli də vəzifəsi ilə vidalaşmalı olub.

Editor.az məlumata münasibət öyrənmək məqsədi ilə Elvin Dəmirli və AHİK-lə əlaqə saxlamağa çalışs da, sorğulara cavab verilməyib.

Seçilən
52
5
editor.az

6Mənbələr