AZ

Netanyahu idman zalından görüntülərini PAYLAŞDI - VİDEO

İsrailin baş naziri Benyamin Netanyahu idman zalından yeni görüntülərini paylaşıb.

Musavat.com xəbər verir ki, hökumət başçısı bir müddət əvvəl erkən mərhələdə aşkar edilmiş prostat xərçəngindən uğurla müalicə olunduğunu da açıqlayıb.

Baş nazir öz sağlamlıq vəziyyəti ilə bağlı illik tibbi hesabatın dərc olunduğunu bildirərək, bu məlumatın gecikmə səbəbinə də aydınlıq gətirib:

“İllik tibbi hesabatımın dərcini iki ay təxirə salmağı xahiş etmişdim. İstəmirdim ki, bu sənəd müharibənin qızğın vaxtında işıq üzü görsün və İrandakı rejimə İsrailə qarşı daha çox yalan təbliğat yaymaq fürsəti versin”, - deyə Netanyahu qeyd edib.

Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr