AZ

"Müasir media artıq sadəcə xəbər istehsal edən vasitə deyil" -

"Yeni media anlayışı qlobal informasiya məkanında əsas tendensiyalardan birinə çevrilib".

Metbuat.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin media təhlili şöbəsinin müdiri Səbinə Seyidova deyib. O bildirib ki, müasir dövrdə media yalnız xəbər paylaşan platforma kimi fəaliyyət göstərə bilməz.

Onun sözlərinə görə, media artıq auditoriyaya müxtəlif xidmətlər, məlumatlar və faydalı imkanlar təqdim edən vahid ekosistem rolunu oynayır:
“Bu gün media həm informasiya mənbəyi, həm ictimai rəyə təsir edən güc, həm də biznes modeli kimi formalaşır.”Seyidova qeyd edir ki, bu dəyişiklik media qurumlarının fəaliyyət istiqamətlərini də genişləndirir. Onun fikrincə, redaksiyalar yalnız jurnalistika ilə kifayətlənməməli, paralel olaraq rəqəmsal platformalar, kommunikasiya kampaniyaları, tədbirlər, tərəfdaşlıqlar və müxtəlif maliyyələşmə mexanizmləri üzərində işləməlidir.“Müasir media artıq sadəcə xəbər istehsal edən vasitə deyil. O, auditoriya ilə birbaşa əlaqə quran, inam yaradan və insanları cəlb edən kompleks platformaya çevrilir,” – deyə o vurğulayıb.Agentlik rəsmisi ənənəvi medianın üzləşdiyi əsas çağırışlara da diqqət çəkib. Onun sözlərinə görə, sosial şəbəkələrin artan təsiri fonunda auditoriyanı geri qaytarmaq üçün media daha interaktiv və çevik olmalıdır:“Ənənəvi media bu gün istifadəçi davranışındakı dəyişikliklərə uyğunlaşmalıdır. Auditoriya artıq yalnız informasiya istehlakçısı deyil, həm də prosesin iştirakçısı olmaq istəyir.”Səbinə Seyidova qeyd edib ki, məhz bu transformasiyaya uyğunlaşan media qurumları rəqabət üstünlüyü əldə edə biləcək.


Seçilən
1
metbuat.az

1Mənbələr