AZ

Professor Nadir Məmmədli: Ana dilinin inkişafı elmi müəssisələrin fəaliyyəti ilə birbaşa bağlıdır

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 may, AZƏRTAC

Naxçıvan şəhərində “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda keçirilən IV respublika elmi konfransında AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli “Dövlət dili strategiyasına elmin dəstəyi” mövzusunda məruzə ilə çıxış edib.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, Nadir Məmmədli çıxışında müasir qloballaşma prosesləri və rəqəmsal transformasiya şəraitində ana dilimizin qorunmasının, elmi əsaslarla inkişaf etdirilməsi və beynəlxalq elmi-mədəni məkanda təmsil olunmasının Azərbaycan Respublikasının dövlət dil siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. O vurğulayıb ki, dövlət dil siyasətinin effektiv reallaşdırılması isə yalnız normativ-hüquqi mexanizmlərlə deyil, eyni zamanda, elmi müəssisələrinin elmi-praktik, pedaqoji və institusional fəaliyyəti ilə birbaşa bağlıdır. Əlavə edib ki, ana dilinin ölkədə hakim mövqeyə yüksəlməsi təkcə onun dövlət dili elan olunması ilə deyil, cəmiyyət həyatının bütün sahələrində tətbiqi və inkişafı ilə mümkün olub.

Konfrans zamanı Nadir Məmmədlinin “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabının təqdimatı keçirilib.

Qeyd edək ki, konfrans Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və AMEA Naxçıvan bölməsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
azertag.az

2Mənbələr