AZ

İran: ABŞ nin hərbi əməliyyat xərcləri 100 milyard dollar olub

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran ABŞ-nin bölgədə apardığı hərbi əməliyyatların dəyərini 100 milyard dollar olaraq qiymətləndirib. Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi açıqlama verib.

BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, sözügedən əməliyyatlar ABŞ üçün böyük maliyyə itkisi ilə nəticələnib. Diplomat bildirib ki, "bu kampaniya ABŞ-yə birbaşa 100 milyard dollara başa gəlib".

Araqçı həmçinin iddia edib ki, Pentagon real xərcləri gizlədir və rəqəmləri olduğundan aşağı göstərir.

İran rəsmisi əlavə edib ki, beynəlxalq ictimaiyyət və BMT ABŞ və İsraili İrana qarşı hərbi hücuma görə məsuliyyətə cəlb etməlidir. O, bu əməliyyatları "açıq cinayət" kimi qiymətləndirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
baku.ws

2Mənbələr