Saglamolun saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ALİMDƏN XƏBƏRDARLIQ
Türkiyəli alim, Oytun Erbaş yarım qalan sevginin insan sağlamlığına təsiri ilə bağlı maraqlı açıqlamalar verib. O, bildirib ki, güclü emosional bağlılıq zamanı baş verən ayrılıq ciddi stress yaradır və bu, ürək fəaliyyətinə mənfi təsir göstərir. Professorun sözlərinə görə, “takotsubo sindromu” kimi tanınan vəziyyət – yəni “qırıq ürək sindromu” – nəticəsində ürək böyüyə və hətta ürək çatışmazlığı yarana bilər.Erbaş qeyd edib ki, ayrılıq zamanı yaranan narahatlıq, davamlı düşüncə və anksiyete ürək döyüntüsünü sürətləndirir. Uzun müddət yüksək nəbz isə ürək üçün risklidir. Alim bu vəziyyəti “asılılıqdan çıxma sindromu” ilə müqayisə edərək vurğulayıb ki, insan sevdiyi şəxsdən uzaqlaşdıqda oxşar psixoloji və fiziki gərginlik yaşayır.Mütəxəssis xüsusilə güclü sevgi dövründə ani ayrılıqlardan çəkinməyi tövsiyə edib. Onun fikrincə, emosional sabitlik qorunmadıqda bu cür hallar sağlamlıq üçün təhlükəli nəticələrə gətirib çıxara bilər.
Saglamolun.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.