ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Yeni alınan geyimlərin təmiz olduğu düşünülür. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu, hər zaman doğru deyil.Demokrat.az xəbər verir ki, "Cleveland Clinic"in dermatoloqu, tibb elmləri doktoru Şilpi Xetarpal bildirib ki, yeni paltarları geyinməzdən əvvəl mütləq yumaq tövsiyə olunur.Onun sözlərinə görə, bunun bir neçə səbəbi var. İlk növbədə, parlaq rəngli geyimlər ilk yuma öncəsi dəriyə və digər parçalara boya verə bilər. Evdə əvvəlcədən yuyulması bu riskin qarşısını alır.Həkim əlavə edib ki, istehsalçılar bəzi hallarda paltarların qırışmaması və kiflənməməsi üçün onların üzərinə formaldehid kimi kimyəvi maddələr tətbiq edirlər. Bu maddələr isə dəri qıcıqlanmasına səbəb ola bilər.Bundan başqa, geyimlər mağazada müxtəlif insanlar tərəfindən yoxlanıldığı üçün bakteriya daşıma ehtimalı da yüksəkdir.Dermatoloq yeni paltarların yuyulması zamanı yumşaq rejimdən istifadə etməyi məsləhət görür. Parçanın zədələnməməsi üçün zərif proqram seçilməli, həmçinin ətirsiz və həssas dəri üçün nəzərdə tutulmuş yuyucu vasitələrdən istifadə olunmalıdır.“Ətirsiz və şəffaf tərkibli yuyucu vasitələr daha uyğundur. Hətta həssas dəriniz olmasa belə, güclü ətirin gün boyu dərinizdə qalması arzuolunan deyil”, – deyə həkim qeyd edib.Mütəxəssis vurğulayıb ki, eyni qayda yalnız geyimlərə deyil, yorğan, dəsmal və digər tekstil məhsullarına da aiddir. Onlar da istifadə olunmazdan əvvəl mütləq yuyulmalıdır.Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.