AZ

Reunyonlu fəal: Neokolonializmə qarşı mübarizədə əsas vasitə təhsildir

Müasir dövrdə neokolonializmin formal olaraq müstəqillik əldə etmiş ölkələrdə belə müxtəlif mexanizmlərlə davam etdiyi, bu prosesin kapitalizm və imperializm ilə qarşılıqlı şəkildə inkişaf etdiyi qeyd olunur. Bu kontekstdə neokolonializmə qarşı mübarizədə əsas vasitələrdən birinin təhsil olduğu, cəmiyyətin bütün təbəqələrinin kolonializm və onun nəticələri barədə maarifləndirilməsinin vacibliyi vurğulanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Reunyon adasından olan, “Ka Ubuntu” azadlıq hərəkatının üzvü Orlane Taristas bildirib.

O qeyd edib ki, neokolonializmlə mübarizə yalnız iqtisadi və siyasi vasitələrlə deyil, ilk növbədə maarifləndirmə yolu ilə aparılmalıdır. “Gənclərin, eləcə də yaşlı nəslin kolonializm, onun nəticələri, neokolonializm, kapitalizm və imperializm barədə məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır”, – deyə Taristas vurğulayıb.

Taristas əlavə edib ki, xalqlar arasında qarşılıqlı anlayış və hörmətin gücləndirilməsi də mühüm amillərdəndir. “Digər xalqları dinləmək vacibdir. Müasir dünyada təcrid olunmuş şəkildə yaşamaq mümkün deyil. Beynəlxalq əlaqələrin qurulması, qarşılıqlı asılılıq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi zəruridir. Kolonializmin yaratdığı dominant və asılı münasibətləri aradan qaldırmaq üçün məhz qarşılıqlı asılılığa əsaslanan ədalətli münasibətlər və təhsil əsas rol oynayır”, – deyə hərəkat üzvü bildirib.

Seçilən
6
1
azerbaijan-news.az

2Mənbələr