AZ

“Effektinvest” BOKT-un vəziyyəti məlum oldu - HESABAT

“Effektinvest” (“Alfa Kapital”) bank olmayan kredit təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyəti 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.

FED.az biznes və maliyyə xəbərləri portalı kredit təşkilatının hesabatına istinadən xəbər verir ki, bu dövrdə şirkətin faiz gəlirləri 948 min 38 manat olub. Bu, 2024-cü illə müqayisədə 534 min 699 manat (2,3 dəfə) çoxdur. Şirkətin faiz xərcləri 419 min 426 manat olub ki, bu da, illik müqayisədə 329 min 766 manat (4,7 dəfə) artım deməkdir.

Şirkətin qeyri-faiz gəlirləri 162 min 254 manat (80%) artaraq 365 min 219 manata, qeyri-faiz xərcləri 141 min 676 manat (51,8%) artaraq 415 min 333 manata yüksəlib.

Amortizasiya xərcləri 34 min 586 manat (4 min 139 manat / 10,7% az), əmək haqqı və bununla bağlı xərclər 234 min 16 manat (112 min 738 manat / 93% çox), digər əməliyyat xərcləri 146 min 731 manat (33 min 78 manat / 29,1% çox) təşkil edib.

Ötən ilin sonunda şirkətin ümumi mənfəəti 478 min 499 manat olub. Ödənilmiş mənfəət vergisinin həcmi 95 min 700 manat təşkil edib. Nəticədə BOKT ötən ili 382 min 799 manat xalis mənfəət ilə başa vurub. Xalis mənfəət 2024-cü ilə nəzərən 180 min 409 manat və ya 89,1% artıb.

2025-ci ilin sonuna BOKT-un cəmi aktivlərinin həcmi 3 milyon 980 min manat təşkil edib. Bu, son bir ildə 984 min manat (32,8%) artım deməkdir. 

Şirkətin öhdəliklərinin həcmi isə son bir ildə 581 min manat (35,2%) artaraq 2 milyon 233 min manata yüksəlib.

Ötən ilin sonuna “Effektinvest” (“Alfa Kapital”) BOKT-un cəmi kapitalı 1 milyon 747 min manat olub. Cəmi kapital 2024-cü ilin sonuna nəzərən 402 min manat və ya 29,9% artıb.

“Effektinvest”“Effektinvest”“Effektinvest”
Seçilən
71
fed.az

1Mənbələr