AZ

MHP-nin qurultay tarixi açıqlandı

Türkiyədə Milliyyətçi Hərəkat Partiyası (MHP) növbəti qurultay prosesinə start verir.

Publika.az xəbər verir ki, bu barədə partiyanın sədr müavini Semih Yalçın bildirib.

Onun sözlərinə görə, rayon və vilayət qurultayları 7 may 2026-cı ildən başlayacaq. Bu mərhələ başa çatdıqdan sonra MHP-nin 15-ci Adi Qurultayı 7 mart 2027-ci ildə keçiriləcək.

Yalçın qeyd edib ki, partiya uzun illərdir Türkiyənin siyasi həyatında aktiv rol oynayır və müxtəlif çətinliklərə baxmayaraq fəaliyyətini davam etdirir.

Seçilən
39
publika.az

1Mənbələr