AZ

"Bütün işləri süni intellektə həvalə etsək, yazı vərdişimiz zəifləyə bilər"

“Süni intellekt mediada yeni imkanlar açır”.

Redaktor.az xəbər verir ki, bunu “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” panel sessiyasında Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova deyib.

Onun sözlərinə görə, süni intellektlə iş asanlaşır, iş yükü azalır:

“Digər tərəfdən isə təhdidlər də yaranır. Bütün işləri süni intellektə həvalə etsək, yazı vərdişimiz zəifləyə bilər. Bu da oxucuların inamını azalda və yazılarda emosiyanın azalmasına səbəb ola bilər. Medianın əsas funksiyası ictimai etimadı qorumaqdır. Etibarlı informasiyanın əsas mənbəyi mediadır”.

Aytəkin TOFİQQIZI

Seçilən
36
1
redaktor.az

2Mənbələr