AZ

Dünya çempionu növbəti mövsüm harada oynayacağını bilmir

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

İspaniya millisi ilə dünya və Avropa çempionu olan Xuan Mata Avstraliya çempionatında parlaq çıxış edir.

Fanat.Az xəbər verir ki, bununla belə, o, mövsüm başa çatdıqdan sonra "Melburn Viktori"də qalıb-qalmayacağını bilmir.

38 yaşlı futbolçu bu barədə AAP-a açıqlamasında belə danışıb: 

"Düzünü desəm, ağlıma yeni nəsə gəlmir. Finala gözəl şəkildə çatmaq istəyirəm. Ümid edirəm ki, hər çey bizim üçün yaxşı olacaq. Sonra özüm və ailəmlə birlikdə qərar verəcəyik. Mövsümün sonunda özümə bir az vaxt ayırmaq istəyirəm.  

Əlavə edə biləcəyim odur ki, indiyə qədər bu mövsümdən zövq almışam. Meydanda, meydandan kənarda, məşqdə, klubun mədəniyyətindən və mühitindən zövq almışam. Ona görə də hələ qərar verməmişəm. Bunu sonra edəcəyəm".

Mata bu mövsüm "Melburn Viktori"də 5 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Mata İngiltərədə “Mançester Yunayted” və “Çelsi”də oynamaqla yanaşı, vətənində uzun müddət “Valensiya”da da çıxış edib.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
fanat.az

2Mənbələr