AZ

"Orta məktəblərdə bu dərslərə ayrılan vaxt artırılsın" - Deputatdan TƏKLİF

Orta məktəblərdə hərbi və fiziki hazırlıq dərslərinə ayrılan vaxtın az olması Milli Məclisdə müzakirə mövzusu olub.

Redaktor.az xəbər verir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov məsələ ilə bağlı fikirlərini səsləndirib.

O bildirib ki, bəzi məktəblərdə həftədə cəmi bir saat bədən tərbiyəsi və bir saat hərbi hazırlıq dərsi keçirilir. Novruzovun sözlərinə görə, keçmişdə məktəblərdə poliqonlar və təlim məntəqələri mövcud olub, şagirdlər isə silahdan istifadə, atıcılıq və digər ilkin hərbi bacarıqlara yiyələnirdilər.

Deputat həmçinin qeyd edib ki, əvvəllər fiziki hazırlıq üzrə normativlər də mövcud idi və şagirdlər bu tələbləri yerinə yetirirdilər. Onun fikrincə, bu sistemin yenidən tətbiqi vacibdir ki, gənclər hərbi xidmətə başladıqda artıq müəyyən hazırlıq səviyyəsinə malik olsunlar və əlavə vaxt itirilməsin.

Seçilən
8
redaktor.az

1Mənbələr