Gununsesi saytına istinadən ain.az xəbər verir.
Xankəndi şəhəri gənclər mərkəzinə çevrilir.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Xankəndində Qarabağ Universitetində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Xankəndi yeni həyat qazanaraq Cənubi Qafqazın ən dinc şəhərlərindən birinə və gənclər mərkəzinə çevrilir.
“Ümumilikdə, Qarabağ innovasiyalar, inkişaf, tikinti və bərpa ərazisidir. Son beş ildə Azərbaycan diqqətini bu proseslərə yönəldib və münaqişədən sonrakı bərpanın nadir nümunələrindən birini təşkil edir, burada ölkə öz resursları, maliyyə imkanları və institusional mexanizmləri hesabına ərazilərin bərpasını, demək olar ki, sıfırdan həyata keçirir”, – Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.