AZ

Pentaqon Trampın Almaniyadakı qüvvələri azaltmaq planından xəbərsiz olub

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ prezidenti Donald Trampın qoşunların bir hissəsini Almaniyadan çıxarmaq planları barədə Pentaqona əvvəlcədən məlumat verməyib.

525.az xəbər verir ki, bu barədə "Politico" öz mənbələrə istinadən xəbər yayıb.

Qeyd olunub ki, çoxları bu barədə Trampın sosial media paylaşımdan sonra məlumat alıb.

“Bu, bizə xatırladır ki, Tramp əvvəl oxşar təhdidləri, məsələn, 2020-ci ildə ilk prezidentlik müddəti ərzində heç vaxt həyata keçirməyib”, - mənbə bildirib.

Trampın son açıqlamaları Bundesverin baş müfəttişi general Karsten Broyerin Vaşinqtonda Amerika hökumət rəsmiləri ilə Almaniyanın yeni hərbi strategiyası ilə bağlı müzakirələri başa vurduğu bir vaxta təsadüf edir. Adı çəkilməyən bir alman rəsmisi deyib ki, Trampın sözləri onları təəccübləndirib.

Almaniyada 40 minə yaxın ABŞ əsgəri yerləşdirilib, ölkə ABŞ-ın Avropa Komandanlığı və Afrika Komandanlığı üçün vacib nəqliyyat mərkəzdir.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
525.az

1Mənbələr