AZ

Şöbə müdiri: “Lakin lazım gələrsə, yetkinlik yaşına çatmayanların internet resurslarına girişi məhdudlaşdırılmalıdır”

“Uşaqların və qadınların hüquqlarının qorunmasında təkcə bir qurum iş görməməlidir, bütün qurumlar, eyni zamanda blogerlər də fəallıq göstərməlidirlər”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum çərçivəsində “Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə” adlı panel sessiyada deyib.

 

Şöbə müdiri bəzi iradlarını da bildirib: “Bəzi jurnalistlər xəbərlərin adlarından istifadə edirlər. Məsələn, "qadın oğru". Niyə cinsiyyəti qeyd edirik? Bu, ayrıseçkilikdir. Gender bərabərliyi qorunmalıdır. Bəziləri yetkinlik yaşına çatmayanları soyadına, ev ünvanınadək dəqiqliyi ilə qeyd edirlər. Reklam şəklində bəziləri bölüşür... Bunun qarşısı alınmalıdır. Elektron xidmətlərdən istifadə edilməsi prioritet məsələdir. Lakin lazım gələrsə, yetkinlik yaşına çatmayan şəxslərin internet resurslarına girişi məhdudlaşdırılmalıdır. Mərkəzdə ailə siyasətidir və bu qorunmalıdır”.

 

Aytəkin Qardaşova

Tarix: 1 May 2026, 14:12   
Seçilən
8
pravda.az

1Mənbələr