Amerikanın media qurumu CBS-in mövzuya yaxın bir rəsmi şəxsə istinadən yaydığı xəbərə görə, ABŞ-ın İrana hücumlarının xərci ictimaiyyətə açıqlanan rəqəmdən demək olar ki, 2 dəfə çoxdur.
Rəsmi bildirib ki, Pentaqon rəsmiləri bu həftə ABŞ Konqresində verdikləri ifadələrdə əməliyyatın xərclərini təxminən 25 milyard dollar səviyyəsində açıqlasalar da, bu rəqəm reallığı əks etdirmir.
Rəsmi qeyd edib ki, Pentaqon rəsmilərinin açıqladığı rəqəmlərə zədələnən və ya itirilən avadanlıqların, eləcə də zərər görmüş ABŞ hərbi obyektlərinin xərclərini daxil edilməyib və real məbləğin təxminən 50 milyard dollar olduğu bildirilir.
ABŞ–İsrailin İrana hücumları
İsrail və ABŞ 28 fevralda İrana hərbi hücum başlatmışdır. İran isə İsraillə yanaşı ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn başda olmaqla bəzi regional ölkələrdə müəyyən etdiyi hədəflərə hücumlarla cavab vermişdir.
ABŞ–İsrail hücumları nəticəsində İran lideri Ayətullah Əli Xamenei də daxil olmaqla İranın çoxlu sayda yüksək vəzifəli şəxs həlak olub.
Hazırda atəşkəs dövrüdür, Tehran ilə Vaşinqton administrasiyaları arasında danışıqlar davam edir.