AZ

ABŞ maliyyəsinin azalması qlobal HIV mübarizəsini risk altına salır

ABŞ-nin qlobal səhiyyə proqramlarına ayırdığı maliyyənin azalması İnsan İmmunçatışmazlığı Virusu/QİÇS-lə (HIV/AIDS-lə) mübarizədə əldə olunan nəticələri təhlükə altına qoya bilər. Xüsusilə ABŞ tərəfindən yaradılmış qlobal HIV/AIDS-lə mübarizə proqramı olan PEPFAR proqramının gələcəyi ilə bağlı narahatlıqlar artır.

QHT.az xarici mediaya istinadən bildirir ki, 2003-cü ildə yaradılan PEPFAR proqramı çərçivəsində ABŞ indiyədək HIV/AIDS-lə mübarizə üçün 100 milyard dollardan çox vəsait ayırıb. Bu proqram milyonlarla insanın müalicəsində və epidemiyanın zəifləməsində mühüm rol oynayıb.

2023-cü ildə ABŞ qlobal HIV donor xərclərinin 73 faizini qarşılayaraq bu sahəyə 5,7 milyard dollar sərf edib. Ekspertlər bildirirlər ki, maliyyənin azalması inkişaf etməkdə olan ölkələrin səhiyyə sistemlərinə ciddi təsir göstərə bilər.

Mütəxəssislər çıxış yolu kimi ölkələrin daxili səhiyyə maliyyəsini artırmasını, beynəlxalq tərəfdaşlığın gücləndirilməsini və daha dayanıqlı səhiyyə sistemlərinin qurulmasını vacib hesab edirlər.

Seçilən
2
qht.az

1Mənbələr