61-ci Venesiya İncəsənət Biennalesinin beynəlxalq münsiflər heyəti tam heyətlə istefa verib.
İnterpress.az xəbər verir ki, bu barədə Venesiya Biennalesi məlumat yayıb.
İtaliyada keçirilən 61-ci Venesiya İncəsənət Biennalesinin beynəlxalq münsiflər heyəti gözlənilmədən istefa verib.
Qeyd edək ki, bu ilki biennaledə Rusiya 2022-ci ildə Ukraynada genişmiqyaslı işğalçılıq müharibəsinin başlamasından bəri ilk dəfə iştirak etməli idi.
Xuraman Etibarlı
İnterpress.az