AZ

ABŞ “Food for Peace” proqramını USDA-ya verdi

ABŞ Nümayəndələr Palatası “Food for Peace” adlı qlobal aclıqla mübarizə proqramının USAID-dən ABŞ Kənd Təsərrüfatı Nazirliyinə (USDA) daimi keçirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

QHT.az xarici mediaya istinadən bildirir ki, layihəyə əsasən proqram büdcəsinin ən azı 50 faizi ABŞ-də istehsal olunan kənd təsərrüfatı məhsullarına ayrılacaq. Həmçinin ağır qida çatışmazlığından əziyyət çəkən uşaqlar üçün xüsusi qidaların alınmasına 200 milyon dollar vəsait nəzərdə tutulur.

Qanun layihəsi hələ qüvvəyə minməyib. Bunun üçün Senatın və prezidentin təsdiqi tələb olunur.

Yardım təşkilatları hesab edir ki, yeni qaydalar humanitar yardım proqramının fəaliyyətini çətinləşdirə bilər.

Seçilən
0
qht.az

1Mənbələr