AZ

Xarkovda yanacaqdoldurma məntəqələri VURULDU: Yaralılar var

Rus hərbçiləri Xarkov vilayətində beş yanacaqdoldurma məntəqəsinə (YDM) hücum edib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Hücum nəticəsində Xarkovun Slobodsk rayonunda və Çuquyev şəhərində yerləşən iki yanacaqdoldurma məntəqəsində yanğın baş verib.

Hadisə yerinə cəlb olunan xilasedicilər yanğını qısa müddətdə söndürə biliblər.

Partlayışlar nəticəsində məntəqələrin avadanlıqlarına, 10 minik avtomobilinə və bir avtoyuma məntəqəsinin binasına ciddi ziyan dəyib.

Atəş nəticəsində 1970 və 1989-cu il təvəllüdlü iki nəfər xəsarət alıb. Yaralılardan biri dərhal xəstəxanaya yerləşdirilib.

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr