AZ

ABŞ-İran gərginliyi yenidən artır: Pentaqon kəşfiyyat təyyarəsini Yaxın Şərqə göndərdi

ABŞ-yə məxsus "RC-135 Rivet Joint" strateji kəşfiyyat təyyarəsinin Yaxın Şərqə doğru istiqamət aldığı bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə OSINT (açıq mənbələr əsasında kəşfiyyat) mənbələri məlumat yayıb.

Hərbi ekspertlərin fikrincə, bu tip kəşfiyyat texnikasının bölgəyə dislokasiyası potensial hərbi zərbə və ya münaqişənin kəskin şəkildə eskalasiyası ərəfəsində atılan hazırlıq addımı hesab oluna bilər.

Hazırda təyyarənin bölgədəki hərəkəti və kəşfiyyat fəaliyyəti beynəlxalq müşahidəçilər tərəfindən yaxından izlənilir.

Musavat.com

Seçilən
0
musavat.com

1Mənbələr