AZ

Meksika Beynəlxalq Xalça Festivalında bu il ilk dəfə iştirak edir

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 1 may, AZƏRTAC

Beynəlxalq Xalça Festivalı böyük əhəmiyyət kəsb edir. Baxmayaraq ki, artıq ikinci ildir bu tədbir Azərbaycanda keçirilir, hər il daha da genişlənərək beynəlxalq xarakter alır. Bu il ilk dəfə olaraq Meksika da tədbirdə iştirak edir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Meksikanın ölkəmizdəki səfiri Mariya Viktoriya Romero Kabalyero deyib.

O bildirib ki, həm Meksikanın, həm də Azərbaycanın yüzilliklərə söykənən zəngin mədəniyyəti var. Bu mədəni irs çərçivəsində xalçaçılıq sənəti də geniş inkişaf edib.

"Hesab edirik ki, bugünkü tədbirin əhəmiyyəti həm də ondadır ki, iştirakçılar yalnız xalçaçılıq sahəsi üzrə deyil, eyni zamanda mədəniyyət və tarix baxımından da fikir mübadiləsi aparmaq imkanı əldə edirlər. Ümid edirik ki, növbəti illərdə də, xüsusilə Meksikadan gələn nümayəndələr bu tədbirdə iştirak edəcək, öz təcrübələrini bölüşəcəklər", - deyə səfir qeyd edib.

Müxbir - Gülay Nəzərova, Günel Alıyeva

Videooperator - İlham Nadirov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
1
azertag.az

2Mənbələr