AZ

“Azərxalça”nın kreativ direktoru: Forum təcrübə və ideyaların paylaşılması üçün önəmli platformadır

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 1 may, AZƏRTAC

Beynəlxalq Xalça Forumu böyük bir platformadır. Bu platformada fikir və təcrübə mübadiləsi aparılır, müxtəlif ölkələrdən gələn mütəxəssislər fəal iştirak edirlər. Bu ilin proqramı da olduqca maraqlıdır və əsasən istehsalçılara, eləcə də xalça sənayesində çalışan insanlara yönəlib.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərxalça”nın kreativ direktoru, sənətşünas Əsmər Babayeva deyib.

"Bu il forumda 12 ölkədən nümayəndə iştirak edir. Biz çox şadıq ki, müxtəlif ölkələrdən mütəxəssislər, dizaynerlər, xalçaçılar və bu sahədə aktiv fəaliyyət göstərən insanlar burada bir araya gəliblər", - deyə Əsmər Babayeva deyib.

Müxbir - Gülay Nəzərova, Günel Alıyeva

Videooperator - İlham Nadirov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
1
azertag.az

2Mənbələr