ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 1 may, AZƏRTAC
Basketbol üzrə Avroliqada pley-off mərhələsində ikinci oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk matçda qalib gələn komandalar ikinci görüşdə də üstün olub.
Yunanıstan təmsilçisi “Olimpiakos” Fransanın “Monako” klubuna 94:64 hesabı ilə qalib gəlib.
Türkiyənin “Fənərbağça” kollektivi isə “Jalgiris”i (Litva) 86:74 hesabı ilə üstələyib.
“Panatinaikos” İspaniyada “Valensiya”nı məğlub edib – 107:105.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.