AZ

Aİ səfiri XİN-ə çağırıldı: Etiraz notası təqdim olundu

Avropa İttifaqının (Aİ) Azərbaycan səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüşdə Avropa Parlamenti tərəfindən 30 aprel tarixində qəbul edilmiş qətnamədə ölkəmizə qarşı yer almış əsassız və qərəzli müddəalar qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib.

Sözügedən qətnamədəki müddəaların reallıqları təhrif etdiyi, obyektivlik prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə zidd olduğu vurğulanıb. Avropa Parlamentinin bu cür yanaşma sərgiləməsinin regionda normallaşma prosesinə, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivlərinə mənfi təsir etdiyi vurğulanıb.

Qətnamədə Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı irəli sürülən iddiaların tamamilə əsassız olduğu, bu kimi çağırışların Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıdığı bildirilib. 2023-cü ildə Azərbaycan Konstitusiyasına uyğun olaraq təqdim edilmiş reinteqrasiya planına baxmayaraq, erməni sakinlərin regionu könüllü əsasda tərk etdiyi, bunun əksini iddia edən bəyanatların yanlış olduğu diqqətə çatdırılıb.

Seçilən
3
50
publika.az

10Mənbələr