AZ

Trampdan kral və kraliçaya jest: Şotland viskisinə qoyulan rüsumları ləğv etdi

ABŞ prezidenti Donald Tramp Böyük Britaniya Kralı III Çarlz və həyat yoldaşı Kamillanın Vaşinqtona səfərindən sonra şotland viskisinin idxalına qoyulan məhdudiyyətləri aradan qaldıracağını açıqlayıb.

Publika.az xəbər verir ki, Tramp “Truth Social”da yazıb:

"Ağ Evi tərk edən və tezliklə gözəl ölkələrinə qayıdacaq Birləşmiş Krallıq Kralı və Kraliçasının şərəfinə viskiyə tarifləri və idxal məhdudiyyətlərini qaldırıram".

O, həmçinin insanların uzun müddətdir ki, belə bir qərarı "gözlədiyini" qeyd edib və ABŞ ilə Böyük Britaniya arasında bu sahədə uzun müddətdir geniş ticarət əlaqələrinin olduğunu vurğulayıb.

Seçilən
27
publika.az

1Mənbələr