AZ

Nazir müavini: Media müstəvisində tendensiyaları süni intellekt, "big data"lar müəyyən edir

BAKI, 1 may. TELEQRAF

Bu gün media müstəvisində tendensiyaları süni intellekt, "big data"lar müəyyən edir.

Teleqraf xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov “İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forumun açılış mərasimində deyib.

O bildirib ki, süni intellekt məzmun yaradılmasını asanlaşdırsa da, bəzən saxta və manipulativ məlumatların yayılmasına səbəb olur.

"Buna görə medianın peşə etikasına sadiqliyi vacibdir. Kiberdayanıqlılıq, kibertəhlükəsizlik vacibdir. Ölkəmizdə rəqəmsal transformasiya vahid sistem kimi qurulacaq", - o vurğulayıb.

Seçilən
43
teleqraf.com

1Mənbələr