AZ

Azərbaycanda idman siyasəti sistemli və uzunmüddətli strategiyaya əsaslanır

“Ölkəmizdə idmanın inkişafı hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən olub. Məhz dövlətin diqqət və qayğısı sayəsində bu inkişaf modeli institusional xarakter alıb və bu gün yüksək dayanıqlığı ilə diqqəti cəlb edir”.

Publika.az xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O bildirib ki, aprelin 30-da komanda hesabında Avropa çempionu titulunu qazanmış güləş üzrə yığma komandamızın üzvlərini qəbul edən Prezident İlham Əliyev öz çıxışında yalnız əldə edilmiş nəticələrə deyil, bu uğurları təmin edən idarəetmə mexanizmlərinə də xüsusi diqqət ayırdı: “Bu yanaşma göstərir ki, Azərbaycanda idman siyasəti sistemli və uzunmüddətli strategiyaya əsaslanır. Dövlət başçısı federasiyanın fəaliyyətinə toxunaraq qeyd etdi ki, bu qurumun rəhbərliyində və məşqçi heyətində vaxtilə böyük uğurlar qazanmış idmançılar təmsil olunur. Bu məqam təsadüfi deyil. Çünki peşəkar idman təcrübəsinə malik şəxslərin idarəetmədə təmsil olunması sahənin daha effektiv inkişafına zəmin yaradır.”

Seçilən
21
12
publika.az

3Mənbələr