AZ

MİT Xomeyninin Türkiyədə olması ilə bağlı məxfi sənədi yayımlayıb

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Ruhullah Xomeyninin 1964–1965-ci illərdə Türkiyədə olduğu dövrə aid yüksək məxfi sənədi ictimaiyyətə təqdim edib.

Missiya.Az xəbər verir ki, sənəddə Xomeyninin Türkiyənin Bursa şəhərindəki iqamətgahı, onun müşahidə altında saxlanılması və fəaliyyəti ilə bağlı məsələlərin Bursa Kəşfiyyat İdarəsi tərəfindən idarə olunduğu bildirilir.

MİT-in sənədində Xomeyninin kodlaşdırılmış yazışmalarında onun üçün “Belli” adlı örtük adından istifadə edildiyi vurğulanıb.

Qeyd olunub ki, sənəddə onun Türkiyəyə gəlişi ilə bağlı aşağıdakı göstərişlər yer alır:

1.İranlı qonağın Türkiyəyə gəldiyi və Bursada qalmasının planlaşdırıldığı:

2.Qonağın qalacağı evin və digər məsələlərin Bursa Kəşfiyyat İdarəsi tərəfindən təşkil olunacağı:

3.Bursa Kəşfiyyat İdarəsinə yazılı və şifahi təlimatların verildiyi:

4.Qonaqla bağlı bütün yazışmalarda “Belli” kod adından istifadə olunacağı.

Daşqın HəsənovMissiya.Az

Seçilən
17
missiya.az

1Mənbələr