AZ

Pezeşkiandan Abbas Əraqçi ilə bağlı ŞOK ADDIM: Qalibaf ilə birləşib...

İranda yüksək səviyyədə siyasi böhran yaşandığı iddia olunur.

Musavat.com xəbər verir ki, “Iran International”a danışan mənbələrə görə, ölkə prezidenti Məsud Pezeşkian və parlament sədri Məhəmməd Bağır Qalibaf xarici işlər naziri Abbas Əraqçinin istefasını tələb edir.

İddialara əsasən, Əraqçi ABŞ-la aparılan danışıqlarda siyasi rəhbərliyə tam məlumat vermədən hərəkət edib və İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Əhməd Vəhidinin təlimatları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərib.

Mənbələrin bildirdiyinə görə, son iki həftə ərzində xarici işlər naziri prezidentə məlumat vermədən addımlar atıb. Bu vəziyyətin Məsud Pezeşkianı ciddi şəkildə narazı saldığı qeyd olunur.

İddialara görə, prezident yaxın çevrəsinə bildirib ki, bu cür hallar davam edərsə, Abbas Əraqçi vəzifəsindən uzaqlaşdırıla bilər.

Məsələ ilə bağlı rəsmi Tehran tərəfindən hələlik açıqlama verilməyib. Hadisə ölkə daxilində siyasi balans və qərarvermə mexanizmləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Musavat.com

Seçilən
0
1
musavat.com

2Mənbələr