AZ

Xərçəng xəstəliyini erkən mərhələdə aşkar etməyin yolu AÇIQLANDI

Xərçəng xəstəliklərinin erkən aşkarlanması ilə bağlı vacib məqamlar açıqlanıb.

Musavat.com xəbər verir ki, rusiyalı mütəxəssis Dmitri Bulanov bildirib ki, bu gün üçün bütün xərçəng növlərini eyni anda aşkar edən universal skrininq testi mövcud deyil.

Onun sözlərinə görə, erkən diaqnoz əsasən davamlı simptomlara diqqət yetirmək, yaş və cinsə uyğun müntəzəm müayinələrdən keçmək və şübhəli hallarda biopsiya ilə diaqnozu təsdiqləmək üzərində qurulur.

Bulanov qeyd edib ki, müayinə prosesi birbaşa onkoloqdan deyil, ilkin olaraq ümumi praktik həkim və ya terapevtdən başlayır. Həkim xəstənin şikayətlərini və risk faktorlarını qiymətləndirərək lazım gəldikdə onu ixtisaslaşmış müayinələrə yönləndirir.

Mütəxəssis aşağıdakı simptomların diqqətdən kənarda qalmamalı olduğunu vurğulayıb:

– səbəbsiz çəki itkisi
– sidikdə və ya nəcisdə qan
– uzunmüddətli öskürək
– nəfəs darlığının sürətlə artması

Bu əlamətlər erkən mərhələdə ciddi xəstəliklərin göstəricisi ola bilər.

Ekspertlər bildirir ki, skrininq məqsədilə mammoqrafiya, servikal sitologiya və gizli qan analizləri daha effektiv sayılır. Bununla yanaşı, şiş markerlərinin sağlam insanlar arasında kütləvi yoxlamalar üçün uyğun olmadığı qeyd edilir.

Bulanov insanları müayinələri gecikdirməməyə, ailə xəstəlik tarixçəsini bilməyə və özünü müşahidəyə diqqət yetirməyə çağırıb.

Qeyd edək ki, daha əvvəl Anton Polyakov da bəzi həyat tərzi faktorlarının sağlamlığa mənfi təsirləri ilə bağlı xəbərdarlıq etmişdi.

Musavat.com

Seçilən
48
musavat.com

1Mənbələr