AZ

Neft qiymətləri kəskin düşəcək - Tramp

ABŞ prezidenti Donald Tramp hesab edir ki, İrana qarşı hərbi əməliyyat başa çatdıqdan dərhal sonra yanacaq qiymətləri kəskin şəkildə düşəcək.

Musavat.com xəbər verir ki, Tramp bu barədə jurnalistlərlə söhbətində danışıb: "Benzin və neft müharibə bitən kimi sürətlə düşəcək. Benzin qiymətləri aşağı düşəcək. Müharibə bitən kimi daş kimi düşəcək".

Onun fikrincə, problem əsasən Fars körfəzində neftin hələlik tankerlərdən boşaldıla bilməməsi ilə bağlıdır.

Qeyd edək ki, hazırda dünya bazarında neft qiymətləri 112 dollar ətrafında dəyişir. İran münaqişəsi başlanmazdan əvvəl isə bu göstərici 62-63 dollar idi.

 

Musavat.com

Seçilən
2
musavat.com

1Mənbələr