AZ

Goranboyda avtomobil marketin hasarına çırpıldı ÖLƏN VAR

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Goranboyda bir nəfərin ölümü, daha bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəza rayonun Sarovlu kəndində qeydə alınıb.

Belə ki, Goranboyun Azad kənd sakini, 2003-cü il təvəllüdlü İlkin Cəfərovun idarə etdiyi VAZ-2107 markalı avtomobil marketin dəmir hasarına çırpılıb.

Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, Azad kənd sakini, 2006-cı il təvəllüdlü Cavad Əliyev ağır xəsarətlər alıb.

Yaralı Gəncə şəhəri A.Səhhət adına Birləşmiş Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
avtosfer.az

2Mənbələr