AZ

ABŞ-ın dövlət borcu gələn il ÜDM-in 120 faizini keçəcək

ABŞ-ın milli borcu 2027-ci ilə qədər ÜDM-in 120 faizini keçə bilər.

Musavat.com xəbər verir ki, bu proqnozla Fitch Ratings Beynəlxalq Reytinq Agentliyi çıxış edib: "Biz hökumətin büdcə kəsirinin bu il və gələn il ÜDM-in 7,9 faizini təşkil edəcəyini gözləyirik. Güman edirik ki, gələn ilə qədər onsuz da yüksək olan dövlət borcunun səviyyəsi ÜDM-in 120 faizini keçəcək".

Qeyd edək ki, ABŞ-ın milli borcu hazırda 39,1 trilyon dolları keçib ki, bu da adambaşına 114.000 dollardan çoxdur.

 

Musavat.com

Seçilən
39
1
musavat.com

6Mənbələr