AZ

Bakıda "İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

BAKI, 1 may. TELEQRAF

Bu gün Bakıda "İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forumun açılış mərasimi keçirilir.

Teleqraf xəbər verir ki, forum Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutur.

Forum medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşdırılmasında proaktiv rolunun artırılması, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsi məqsədilə keçirilir.

Açılış mərasimindən sonra “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi ” panel sessiya da təşkil ediləcək.

Seçilən
22
3
teleqraf.com

4Mənbələr